Kəlbəcərdə ağır qəza-Ölən var

Bölmə: Hadisə › ,
Tarix: 10:04 12.08.2025

Kəlbəcər rayonunda yük avtomobilinin dərədən aşması nəticəsində bir nəfər ölüb.

 

"İnformator.az" Teleqraf-a istiandən xəbər verir ki, hadisə rayonun Qılınclı kəndində qeydə alınıb.

 

İlkin məlumata görə, vəfat edən avtomobilin sürücüsü olub.

 

Faktla bağlı araşdırma başlanılıb.

 

Kəlbəcərdə yol-nəqliyyat hadisəsi nəticəsində ölən sürücünün kimliyi məlum olub.

 

Məlumata görə, Kəlbəcərdə yük maşınının dərəyə aşması nəticəsində aldığı xəsarətdən ölən sürücü, 1967-ci il təvəllüdlü Söhrab Süleymanovdur.


Faktla bağlı araşdırma aparılır.