Qusarda ana doğuşdan sonra ölüb

Bölmə: Hadisə › ,
Tarix: 10:25 13.08.2025

Qusar rayonunda ana doğuşdan sonra ölüb.

 

"İnformator.az"ın məlumatına görə, Qusar Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə gətirilən rayonun Piral kənd sakini, 1994-cü il təvəllüdlü Yasəmən Ospatova qeysəriyyə əməliyyatından iki gün sonra ölüb.

 

Yaxınları onun əməliyyatdan sonra komaya düşdüyünü, ötən gün xəstəxanada öldüyünü bildiriblər.

 

Y.Ospatovanın avqustun 11-də dünyaya gətirdiyi körpənin (qız) vəziyyəti yaxşıdır, səhhətində heç bir problem yoxdur.


Bu, onun ikinci hamiləliyi olub.