Tayvanda “Podul” qasırğası səbəbindən daxili uçuşlar təxirə salınıb

Tarix: 18:08 13.08.2025
Adanın cənub-şərq sahillərinə doğru sürətlə irəliləyən “Podul” tayfunu səbəbindən Tayvanda daxili reyslər təxirə salınıb. Taipei Times-ın məlumatına görə, Tayvanın Mərkəzi Meteorologiya İdarəsi (CWA) saatda təxminən 125 kilometr (75 mil) sürətlə hərəkət edən qasırğanın günorta saatlarında Taitung əyalətinə çatması və axşam Tainan əyaləti üzərindən adanı tərk etməsinin gözlənildiyini bildirib.
Adanın cənub-şərq sahillərinə doğru sürətlə irəliləyən “Podul” qasırğası səbəbindən bu gün Tayvanda bütün daxili uçuşlar ləğv edilib. CWA, tayfun səbəbindən şərq sahillərində dalğaların 6 metrə qədər yüksələ biləcəyini və cənub dağlıq ərazilərində üç gün ərzində hər kvadrat metrə 600 millimetrə qədər yağıntının gözlənildiyini bildirib.
Tayvan hökuməti adanın şərqində və cənubunda yerləşən bəzi əyalətlərdə təhsil və ictimai xidmətlərin bir gün müddətinə dayandırıldığını açıqlayıb. Səlahiyyətlilər, əvvəlki sürüşmə nəticəsində əmələ gələn təbii bəndin daşması riski səbəbindən Hualien əyalətindən təxminən 700 nəfərin təxliyə edildiyini bildirib.
TRT Haber
Xədicə Məhərrəmli