İsrailin Qəzzaya hücumları nəticəsində 25 fələstinli həlak olub

Bölmə: Dünya › ,
Tarix: 18:10 13.08.2025

 


İsrail ordusunun səhər saatlarından Qəzza zolağına təşkil etdiyi hücumlarda yeddi eyni ailənin üzvü olmaqla 25 fələstinli həlak olub. Tibbi mənbələrin və şahidlərin bildirdiyinə görə, İsrail ordusu Qəzza zolağında köçkünlərin çadırlarını, mülki şəxslərin evlərini və yardım istəyənlərin toplaşdığı yerləri hədəfə alıb. İsrail əsgərləri Qəzza zolağının mərkəzində Netzarim dəhlizi ətrafında yardım istəyənlərə atəş açıb. Hücum nəticəsində 5 nəfər həlak olub.


Qəzza şəhərinin cənub-şərqindəki Zeytun məhəlləsində fələstinli Əbu Duf ailəsinin evini hədəf alan hava hücumunda 12 fələstinli həlak olub.Şəhərin cənubundakı Tel əl-Hava məhəlləsindəki 8-ci küçədə də məcburi köçkünlərin məskunlaşdığı çadırlar vurulub. Hücum nəticəsində beşi uşaq olmaqla, fələstinli Əbu Hanidek ailəsinin yeddi üzvü həlak olub, çoxlu sayda insan yaralanıb.


Qəzza zolağının cənubundakı Rəfah və Xan Yunis şəhərlərini ayıran Moraq bölgəsinə İsrail ordusunun hücumu zamanı da bir nəfər həlak olub.


TRT Haber
Xədicə Məhərrəmli