Vuçiç prezidentlik karyerasını il yarımdan sonra başa vuracaq

Tarix: 18:25 13.08.2025
Serbiya Prezidenti Aleksandr Vuçiç növbəti prezident seçkilərində namizədliyini irəli sürməyi planlaşdırmadığını bildirib.
"İnformator.az" xəbər verir ki, bu barədə Serbiya KİV-i məlumat yayıb.
Onun sözlərinə görə, prezidentlik karyerasını il yarımdan sonra başa vuracaq. "Mən siyasi veteranam, artıq namizədliyimi irəli sürə bilmərəm və konstitusiyanı dəyişdirmək niyyətində deyiləm", - o bildirib. Bundan əlavə, o, respublikada növbədənkənar parlament seçkilərinin keçirilməsini mümkün hesab edib.