Naxçıvanda bank əmanətləri 57 % artıb

Bölmə: İqtisadiyyat › ,
Tarix: 18:45 13.08.2025

Bu il avqustun 1-nə Naxçıvan Muxtar Respublikasındakı banklarda 31,8 milyon manat əmanət olub.

 

Bu barədə "İnformator.az" Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.


Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 57,1 % çoxdur. Əmanətlərin 93,3 %-i milli, 6,7 %-i xarici valyutada qoyulub. Son 1 ildə milli valyutada olan əmanətlər 53,2 %, xarici valyutada əmanətlər 2,4 dəfə artıb.