Türkiyədə yenidən zəlzələ olub

Tarix: 19:39 13.08.2025
Türkiyənin Osmaniye bölgəsində 4,1 maqnitudada zəlzələ baş verib.
"İnformator.az" xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.
Yeraltı təkanın ocağı 5 km dərinlikdə yerləşib. Dağıntı və ya tələfat barədə məlumat verilmir.