İsrailin təhdidləri ölkə suverenliyinə risk yaradır-Suriya XİN

Bölmə: Dünya › ,
Tarix: 20:03 13.08.2025

Suriya xarici işlər naziri Əsaad Həsən əş-Şibani Ankarada Türkiyənin xarici işlər naziri Hakan Fidanla birgə mətbuat konfransında çıxış edib. O, İsrailin Suriyaya qarşı təhdidlərinin ölkə suverenliyi üçün ciddi təhlükə yaratdığını bildirib.

 

Əş-Şibani Əs-Süveyda vilayətində baş verən hadisələrin Suriya xalqına qarşı yönəldiyini və bunun İsrailin işi olduğunu vurğulayıb. Nazir, druzların Suriya cəmiyyətinin bir hissəsi olduğunu və onları görməməzlikdən gəlmək kimi bir niyyətlərinin olmadığını qeyd edib.


O, həmçinin Suriyanın sülh prosesinə sadiqliyini və Əs-Süveyda hadisələrinin ölkə tarixi üçün əhəmiyyətini vurğulayıb.


Anadolu Agency
Ayan Əsgərova