Türkiyədə iyulda 142 minə yaxın mənzil satılıb

Bölmə: Dünya › ,
Tarix: 20:04 13.08.2025

2025-ci ilin iyul ayında Türkiyədə 142 858 yaşayış obyekti satılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,4% çoxdur. Məlumatı Türkiyə Statistika İnstitutu (TÜİK) açıqlayıb.

 

Ən çox satış İstanbulda qeydə alınıb — 23 152 mənzil. Ardınca Ankara (12 491) və İzmir (7 815) gəlir. Ən az satış isə Ardahan (58), Bayburt (93) və Hakkaridə (103) olub.

 

Yanvar–iyul ayları ərzində Türkiyədə mənzil satışları ötən ilin eyni dövrü ilə müqayisədə 24,2% artaraq 834 751-ə çatıb.


Anadolu Agency
Ayan Əsgərova