Məmməd İsmayıl palataya köçürülüb

Tarix: 20:51 13.08.2025
Şair, professor Məmməd İsmayıl "Bona Dea" Hospitalının Reanimasiya şöbəsinə yerləşdirilib.
"İnformator.az" xəbər verir ki, bu barədə APA-ya şairin qızı məlumat verib.
O bildirib ki, 4 gündür xəstəxanaya yerləşdirilən Məmməd İsmayılın vəziyyəti dünən axşam anidən ağırlaşıb:
"Ara-sıra xəstəxanaya aparırdıq. Son 4 gün burada oldu. Dünən axşam isə vəziyyəti ağırlaşdı, reanimasiyaya yerləşdirdilər. Həkimlər vəziyyətin çox ciddi olduğunu deyirlər".
Qeyd edək ki, Məmməd İsmayıl bir neçə ildir müxtəlif xəstəliklərdən əziyyət çəkir. Ötən ildən sağlamlığındakı problemlər ciddiləşib və Heydər Əliyev Fondu onun müalicəsini öz üzərinə götürüb.
***
“Bona Dea” xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən 86 yaşlı şair Məmməd İsmayıl palataya köçürülüb.
Bu barədə Teleqraf-a xəstəxanadan məlumat verilib.