Tramp Rusiyanı hədələyib: Ukrayna ilə bağlı razılaşma olmasa...

Bölmə: Dünya › ,
Tarix: 21:11 13.08.2025

Alyaska sammiti uğurlu olsa, Putin və Zelenski tezliklə birgə danışıqlar aparacaqlar.

"İnformator.az" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Avropa liderləri və Ukrayna Prezidenti Vladimir Zelenski ilə onlayn formatda apardığı danışıqlar barədə açıqlama verərkən bildirib.

"Alyaskada Ukrayna ilə bağlı razılaşmalar əldə edilməsə, Rusiya ABŞ-dən çox ciddi tədbirlərlə üzləşəcək", - Tramp qeyd edib.