Paşinyan mənə bunu dedi, çaşdırıcıdır -Tramp

Bölmə: Siyasət › ,
Tarix: 22:35 13.08.2025

Liderlər başqa ölkələrdən gəlir. Həmişə liderlərin mehriban olduğunu görürsən. Onlar Hindistandan və hər yerdən gəliblər.

 

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Vaşinqtondakı Kennedi Mərkəzində jurnalistlərə açıqlamasında deyib:

 

“Azərbaycanla Ermənistan arasında müharibəni biz yenicə bitirdik. İki lider gəldi. Onlardan biri dedi ki, mənim ölkəm daha yaxşı görünür”... Bəs siz necə düşünürsünüz? O, “Ermənistanda yollar Vaşinqtondakından, Kolumbiya dairəsindən daha yaxşıdır” dedi. Bu, çaşdırıcıdır”.