Minsk qrupunun ləğvi üzrə məsləhətləşmələr başlayacaq-ATƏT

Tarix: 11:01 14.08.2025
Finlandiya Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri kimi, Azərbaycan və Ermənistanın Minsk prosesi və əlaqəli strukturların bağlanması ilə bağlı birgə müraciətinə cavab olaraq iştirakçı dövlətlərlə müzakirələrə rəhbərlik edəcək.
Bu barədə "İnformator.az" təşkilatın mənzil-qərargahına istinadən bildirir.