“Qarabağ” ən çox qol vuranların siyahısında

Bölmə: İdman › ,
Tarix: 21:06 13.08.2025

 

 

"Bəli, çox sayda qol vurmuşuq, amma bu bir balaca bizi aldatmamalıdır. Sözün düzü ilkin mərhələdəki rəqiblərimiz çox güclü rəqiblər idi, amma müqayisə eliyəsi olsaq, bu turlarda ortasəviyyəli komandalara çox qol vurmaq hələ də ən yaxşı üstün tərəfimiz hücum potensialımızdır deyə bilmərik. Ona görə də ehtiyatlı davranmaq lazımdır. Amma bu qədər qol təbii ki, də sevindiricidir. Digər tərəfdən hücum potensialından danışırıqsa, burda nisbətə baxmaq lazımdır. Mən təxmin edirəm ki, Çempionlar Liqasının qrupuna düşməkdən ötürü bizim kifayət qədər mövqeyimiz stabil olaraq çıxış edə bilər".


Bu sözləri veteran futbolçu Aslan Kərimov "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, Çempionlar Liqasına düşdüyümüz halda o yuxarı təbəqənin komandaları ilə, yəni Top5-liyin komandaları ilə oynamağa kifayət edər mi, burada şüphə ilə yanaşıram:

 

"Məncə o səviyyədə komandalara qarşı, məsələn: bir "Tottehem"ə qarşı oyunda nəinki hücum xətti, ümumiyyətlə bütün xətlərimiz həm komplektləşmiş sayılmamalıdır. Biz onlardan hələki geriyik-heyət olaraq. Amma dediyim kimi play-off mərhələsində oynamağa, daha sonra bu mərhələni keçmək üçün əlbəttə ki, yaxşı şanslarımız var və hücum xəttimiz də o cümlədən çox yaxşı təsir bağışlayır. Əlxüsus da Nərimanın oyunu, mən bunu təlim-məşq toplanışlarında da qeyd etmişdim. Ona görə bir az gözləmək lazımdır, hər halda əsas məqsəd Çempionlar Liqasının qrupuna düşməkdir. Buna nail olandan sonra artıq qrupda düşəcək rəqiblərlə oynayanda baxacayıq".

 

Zəhra Möhübbətova