Qənirə Paşayeva 8 noyabr - Zəfər Günündə Tovuzda Vətən müharibəsi şəhidlərinin ailələri və qazilərlə görüşüb.
Bölmə: Siyasət › ,Tarix: 20:31 09.11.2022
Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva 8 noyabr - Zəfər Günündə Tovuzda Vətən müharibəsi şəhidlərinin ailələri və qazilərlə görüşüb. Onları Zəfər Bayramı və 9 noyabr - Bayraq Günu münasibətilə təbrik edən Q.Pasayeva, ürək sözlərini bölüşüb. Q.Paşayeva Zəfər Günündə ilk növbədə, şəhid ailələrinin, qazilərin yad edilib, təbrik edilməsini xalqımızın qədirşünaslığı və minnətdarlıği kimi xarakterizə edib: "Sizlərə olan mənəvi borcumuz ömür boyu bitməyəcək. Bayramınız mübarək olsun"! Q.Paşayeva şəhid ailələri üzvlərini, qaziləri dinləyib, onların toxunduğu mövzulara ətraflı sərh verib, suallari cavablandırıb.