Türk dünyası yeni ili Hanlı Pazarda, Hanlı Restoranda qarşıladı.

Bölmə: Mədəniyyət › ,
Tarix: 11:23 02.01.2023

Türk dünyası "31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni il" bayramını  Hanlı Pazarda, Hanlı Restoranda qarşıladı.

AFİA.AZ xəbər verir ki, Bayram gecəsində Qazaxıstanın tanınmış sənətçisi Serikbol Seylobek, ekstremal idman növləri üzrə dünya çempionu, məşhur idmançı Timur Spatayev, Azərbaycanın tanınmış sənətçisi, Özbəkistanın xalq artisti Gülyanaq Məmmədova çıxış etdi. Tədbiri məşhur proqram aparıcısı Səlim Yuhay coşğulu çıxışları ilə gözəlləşdirdi.

Özbəkistandan olan aşpaz Cevahir Artukhacıbəyov qonaqları Özbəkistan mətbəxinin zənginlikləri ilə tanışdırdı.
Daha sonra   Fəxriyyə Xanım Xələfova, Zərnişan Turan və Anna Mirin baş rolda olduğu "Xurşid Banu Natavan" adlı gözəl sənədli filmin təqdimatı baş tutdu.
"Turan Eli var olsun!" şüarı ilə başlayan görüş “İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyinin üzvləri, Tanınmış xanəndə Aytən Məhərrəmovanın tələbələri Həzrət Əzizli və Ədilə Əliyevanın möhtəşəm ifaları ilə başa çatıb.
Okuklu Holdinqin direktoru Yılmaz Okuklu görüşdə iştirak edən Qazaxıstan və Özbəkistan səfirliklərinin əməkdaşlarına, Jandos bəyə və Məhəmməd bəyə təşəkkür edib.  
Fəxriyyə Xələfova və Nəsibə İsrafilqızının  ad günü tədbirə gözəllik qatıb.
Qeyd edək ki, Hanlı Pazar restoranında Azarbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan mətbəxi əsasında hazırlanmış "Bayram va könül süfrəsi "adlı proqramda Türkiyə, Qazaxıstan və Özbəkistandan olan bir qrup sənətçi, vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edib. 
Vüsalə Qələndərli
AFİA.AZ