İsmayıllıda 61 yaşlı kişi arı sancması nəticəsində ölüb
Bölmə: Hadisə ›
,
Tarix: 10:53 03.09.2025
İsmayıllıda 61 yaşlı kişi arı sancması nəticəsində ölüb.
"İnformator.az" xəbər verir ki, hadisə rayonun Mican kəndində baş verib.
Belə ki, kənd sakini, 1964-cü il təvəllüdlü Murad Hümmətovu yaşadığı evin həyətində dil nahiyəsindən arı sancıb. Nəticədə həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.


