Almaniya Ukraynaya qoşun yeridir?
Bölmə: Dünya ›
,
Tarix: 14:21 03.09.2025
“Hazırda Almaniyanın Ukraynaya sülhməramlı qoşun göndərmək üçün konkret planları yoxdur”.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts deyib.
O vurğulayıb ki, Ukraynanın müttəfiqləri arasında potensial atəşkəs və sülh sazişindən sonrakı dövr üçün mümkün təhlükəsizlik təminatları ilə bağlı müzakirələr davam edir:
“Almaniyanın müəyyən şübhələri var və son qərarı parlament verməlidir. Bir çox suallara ancaq atəşkəs əldə etdikdə cavab vermək olar . O vaxta qədər, əlbəttə, Ukraynaya qoşun göndərilməyəcək”.


