İtaliyada miqrant böhranı yenidən gündəmdə: 1200 nəfərin xilası üçün hərəkətə keçildi
Bölmə: Dünya › , Şərhsiz › ,Tarix: 23:36 11.04.2023
İtaliyanın sahil mühafizəsi Siciliya sahillərində 1200-ə yaxın miqrantı təhlükəli qayıqlardan xilas etmək üçün igenişmiqyaslı əməliyyatlar keçirir.
İnformator.az BBC-yə istinadən bildirir ki, balıqçı qayıqlarından birində 800, digərində isə 400-ə yaxın insan səyahət edir.
Ölkənin sahil mühafizəsi cümə günündən bu yana həyata keçirdiyi digər əməliyyatlarda 2000-ə yaxın insanı xilas edib.
Alman qeyri-kommersiya təşkilatı ResQship bildirib ki, həftə sonu qayıq keçidləri zamanı ən azı iki nəfər ölüb.
Sağçı koalisiya hökumətinin qeyri-qanuni miqrasiyanın qarşısını almaq səylərinə baxmayaraq, İtaliyaya miqrant gəlişləri keçən ilin eyni dövrü ilə müqayisədə kəskin şəkildə artıb. Bazar günü İtaliya, Yunanıstan və Malta səlahiyyətliləri ilə təcili həyəcan təbili çalındığı bildirilir.
ResQship bildirib ki, şənbə gecəsi qayığın batması nəticəsində ən azı iki miqrant ölüb, 20-yə yaxın miqrant itkin düşüb.
BMT-nin İtkin Miqrantlar Layihəsinin monitorinq qrupuna görə, 2014-cü ildən bəri Aralıq dənizinin mərkəzində 26 mindən çox insan dənizdə ölüb və ya itkin düşüb.
Sayad