ABŞ-da işsizlik müraciətləri gözləntiləri üstələdi

Bölmə: Dünya › ,
Tarix: 19:49 04.05.2023

ABŞ-da işsizlik müavinəti üçün ilk dəfə müraciət edənlərin sayı ötən həftə gözləntilərdən yüksək olub.

 

İnformator.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Əmək Departamenti həftəlik işsizlik müraciətləri ilə bağlı açıqlamasında ölkədə ilk dəfə işsizlik müavinətinə müraciət edənlərin ötən həftə 13 min artaraq 242 minə yüksəldiyini bildirib.

 

Bazar gözləntilərinin üzərində olan işsizlik müavinəti müraciətlərinin bu dövrdə 240 min səviyyəsində reallaşması gözlənilirdi.

 

Aydan