Öküz döyüşü zamanı matador ağır yaralandı

Tarix: 14:35 04.05.2023
Meksikada öküz döyüşü zamanı matador öküzün hücumu zamanı metrlərlə havaya uçaraq ağır yaralanıb.
İnformator.az Qərb mediasına istinadən xəbər verir ki, Meksikanın Aquaskalientes şəhərində öküz döyüşü zamanı matador 34 yaşlı Xose Quadalupe Adame öküz hücumuna məruz qalıb.
Buğanın buynuz zərbələri ilə havaya uçan matador başı üstə yıxılaraq huşunu itirib.
Ərazidə olan səlahiyyətlilər matadorun köməyinə gələrək onu xəstəxanaya aparıblar. Hücum nəticəsində beynində ödem yaranan matadorun əməliyyata aparıldığı bildirilib.
İzləyicilərin lentə aldığı kadrlarda matadorun öküz buynuzunun zərbəsi ilə bir neçə metr havaya sovrulduğu və yerə yıxılarkən hərəkətsiz qaldığı görülüb.