Yeni evinin divarlarından ilanlar çıxdı

Tarix: 16:20 05.05.2023
ABŞ-da yeni ev alan qadın divarın içərisində yaşayan ilanlarla qarşılaşıb.
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Kolorado ştatında yeni ev alan Amber Hall iti sayəsində divarda ilanlar olduğundan xəbər tutub.
42 yaşlı qadın ilk ilanı 10 gün əvvəl tapdıqlarını bildirib.
Hall itlərindən birinin evin qarajında ilanla qarşılaşdığını söyləyib. Divarda yuva quran arzuolunmaz qonaqların "təəccüblü dərəcədə böyük" olduğunu əlavə edib.
Evi satan daşınmaz əmlak şirkətinin nümayəndəsi vəziyyətdən xəbərsiz olduqlarını iddia edib.
Sayad