7 oktyabr-Hadrut istiqamətində qəhrəmanlıq salnaməsinin yazıldığı gün

Bölmə: Sosial › , Araşdırma › ,
Tarix: 14:35 07.10.2025

2020-ci ilin 7 oktyabrı Azərbaycan tarixində unudulmaz günlərdən biri kimi yadda qalıb. Məhz həmin gün İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu Hadrut istiqamətində qəhrəmanlıq dolu döyüşlərə başlayıb. Bu döyüşlər təkcə hərbi əməliyyat deyil, illərlə həsrət qaldığımız torpaqlara qovuşmağın başlanğıcı idi.

 

Azərbaycan əsgəri dağları, dərələri, qayalıqları keçərək Hadrutun azadlığı uğrunda mərdliklə irəliləyib. Gecə-gündüz demədən vuruşan igidlərimiz hər qarış torpaq uğrunda canlarından keçməyə hazır idilər. Bu döyüşlərdə göstərilən şücaət, sədaqət və vətənpərvərlik xalqımızın yaddaşına qızıl hərflərlə yazılıb.

 

7 oktyabr təkcə hərbi əməliyyatların günü deyil, həm də Azərbaycan xalqının birliyinin, ruh gücünün, qələbəyə olan inamının təcəssümüdür. Hadrutun azadlığına aparan yol məhz bu tarixdə başlanan qəhrəmanlıqla açılıb.

 

Bu gün biz həmin döyüşlərdə canını fəda edən şəhidlərimizin xatirəsini dərin hörmətlə anırıq. Onların qanı ilə suvarılan o torpaqlar bu gün azad, başıuca vətənimizin simvoludur. 7 oktyabr-Hadrut uğrunda mübarizənin, Azərbaycan Ordusunun igidliyinin və qələbəyə aparan yolun başlanğıc günüdür.

 

Banuçiçək Məmmədova