Yanacaq daşıyan maşın yanıb

Bölmə: Hadisə › ,
Tarix: 17:26 07.10.2025

Yevlax şəhərinin Meyvəli qəsəbəsində "ГАЗ” markalı yanacaq daşıyan avtomobilin yanar hissələri yanıb.

 

Fövqəladə Hallar Nazirliyindən "İnformator.az"a verilən məlumata görə, ətraf ərazilər yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.