Vətən müharibəsi qəhrəmanı-Turqut Xəlilbəylinin əziz xatirəsinə

Bölmə: Sosial › , Araşdırma › ,
Tarix: 21:07 07.10.2025

Turqut Xəlilbəyli Vətən uğrunda canından keçərək tarixə adını yazdırır. 1993-cü il iyulun 4-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Yengicə kəndində anadan olan Turqut, “Dədə Qorqud” Türk Liseyini bitirdikdən sonra Azərbaycan Tibb Universitetində hərbi həkim ixtisasını seçir və insanlara həyat verən peşəyə yiyələnir.

 

Vətən müharibəsi zamanı ön cəbhəyə yollanan Turqut yaralı hərbçilərə döyüş meydanında yardım göstərir. Oktyabrın 7-də Cəbrayıl döyüşləri zamanı düşmənin artilleriya atəşi nəticəsində ağır yaralanmasına baxmayaraq, həm yoldaşlarına, həm də döyüş meydanından çıxardığı yaralılara yardım edir. Qəhrəmancasına öz həyatını fəda edir və şəhidlik zirvəsinə ucalır.

 

Ölümündən sonra Turqut Xəlilbəyli Prezidentin fərmanı ilə “Vətən uğrunda”, “Azərbaycan Bayrağı” ordenləri və Füzuli, Cəbrayıl rayonlarının azad olunmasına görə medallarla təltif edilir.

 

Ədilə Hüseynzadə