LeBron James-dən maraq doğuran anlar
Bölmə: İdman ›
,
Tarix: 22:01 07.10.2025
NBA tarixinin ən böyük iki ulduzundan biri hesab edilən LeBron James sirli bir video yayımlayıb. Həftəsonu vacib bir qərar açıqlayacağını bildirən James-in bu mövsümün sonunda karyerasını başa vurduğunu elan edəcəyi gözlənilir.
LeBron James 9 saniyəlik video ilə basketbol dünyasını həyəcanlandırıb. NBA ulduzu “qərarların qərarı” adlandırdığı videoda çox vacib bir açıqlama verəcəyini bildirib. James-in şənbə günü saat 7-də edəcəyi açıqlama səbirsizliklə gözlənilir. NBA dairələrində onun mövsüm sonunda karyerasını bitirəcəyinə dair ehtimallar güclənib. Dekabrda 41 yaşına daxil olacaq LeBron James NBA-də 23-cü mövsümünü keçirəcək. “Kral” ləqəbli ulduz beləliklə, NBA tarixində ən uzun müddət oynayan oyunçu titulunu qazana bilər. Bu arada James-in formasını geyindiyi "Lakers"in bu mövsüm evdə keçirəcəyi son oyunun biletlərinə böyük tələbat var. Onu son dəfə izləmək imkanı kimi dəyərləndirilən bu oyunun biletləri artıq tükənib. 12 aprel tarixində keçiriləcək "Lakers" - "Utah Jazz" oyununun ən ucuz bileti internetdə 750 dollara satılır. Həmçinin ehtimal edilir ki, James-in verəcəyi qərar böyük maliyyə əməkdaşlığı ilə də bağlı ola bilər.
TRTspor
Mələk Nəsirli


