Qəzzada iki illik müharibədən sonra sülh imkanı

Bölmə: Dünya › ,
Tarix: 23:46 07.10.2025

İki illik müharibədən sonra Qəzzada qırğınlara və dağıntılara son qoyacaq, həmçinin İsrail girovlarını-həm sağ, həm də həyatını itirənləri-ailələrinə qaytaracaq bir razılaşma imkanı yaranıb.

 

Bu, bir fürsətdir, lakin Hamas və İsrailin bu fürsətdən yararlanacağı hələ ki, dəqiq deyil.

 

Qəribə bir təsadüfdür ki, danışıqlar məhz iki il əvvəl Hamasın israillilərə hələ də davam edən bir travma yaşatdığı günə təsadüf edib.

 

7 oktyabr hücumları nəticəsində təxminən 1,200 nəfər-əsasən israilli mülki şəxslər-həlak olub və 251 nəfər girov götürülüb. İsrail tərəfi hesab edir ki, hazırda 20 girov sağdır və 28 nəfərin cəsədlərinin geri qaytarılmasını istəyib.

 

BBC NEWS

Banuçiçək Məmmədova