ABŞ Milli Qvardiyasının hərbçiləri Çikaqoya gedib

Bölmə: Dünya › ,
Tarix: 08:30 08.10.2025

ABŞ Milli Qvardiyasının hərbçiləri yerli hakimiyyətin etirazlarına baxmayaraq, İllinoys ştatının Çikaqo şəhərinin ətrafına gedib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Amerika mətbuatı məlumat yayıb.

 

Məlumata görə, ABŞ ordusunun təlim mərkəzinin yerləşdiyi Elvud ətrafında kamuflyaj geyinmiş silahlı əsgərlər görünüb.

 

ABŞ Prezidenti Donald Tramp bundan əvvəl Çikaqoda asayişin bərpasına kömək etmək üçün Milli Qvardiyanin 300 hərbi qulluqçusunun cəlb olunması barədə qərar qəbul edib.

 

İllinoys ştatının qubernatoru, demokrat Jey Bi Prizker Prezidentin qərarını kəskin tənqid edib. Onun fikrincə, yerli hakimiyyət orqanları Milli Qvardiya olmadan Çikaqoda təhlükəsizliyi təmin etməyə qadirdir.