FHN-in karateçiləri III MDB oyunlarında yüksək nəticələr əldə ediblər
Bölmə: İdman ›
,
Tarix: 10:55 08.10.2025
"Öncəliklə, təbriklərə və hər zaman bizi işıqlandığınıza görə minnətdarlığımı bildirirəm. İnşallah daimi hər bir qələbəmiz, hər bir nəticəmiz siz jurnalistlər vasitəsilə işıqlandırılsın. Qələbələrimizə çox sevinirik. Təbii ki, ilk növbədə bizim dövlətimizin başçısı cənab Prezident İlham Əliyevə təşəkkürümüzü bildiririk. Bu qayğıya görə hər bir sahədə olduğu kimi, idmana da böyük dəstəyi olduğuna görə, Gənclər və İdman Nazirliyinə təşəkkürümüzü bildiririk. Maliyyə dəstəyinə görə hərbi dəstəyə görə çox sağol deyirik".
Bu sözləri Azərbaycan karate federasiyasinin vitse prezidenti Rəhman Hətəmov "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, bu oyunlar çox yüksək səviyyədə təşkil olunub:
"Biz də təbii ki, bir federasiya olaraq idmançılarımızın qayğısında dururuq. Təlim məşq toplanışları, hər bir məsələlərdə sıx olaraq bütün hazırlıq prosesində idmançılarımıza dəstək oluruq. Buna görə şəxsən Ülvi Quliyevə minnətdarlığımızı bildiririk. Biz də rəhbərlik olaraq çalışırıq, hərə öz sahəsində öz fəaliyyətini elə göstərsin ki, bu nəticələr həllini tapsın. Nəticələrdən, təbii ki, razıyıq. Bundan öncəki MDB oyunlarındakı nəticələrdən bu ilki daha üstündür, dəyər yüksəkdir. Biz də, yəni federasiyanı da o sevindirir ki, bu nəticəni biz qazanmışıq. Öz fəaliyyətimizlə, göstərdiyimiz işlə gələcək yarışlarda ki, bu ilimiz də çox çətin idi. İrəlidə Dünya Kalifikasiya turnirini gözləyirik. Dünya Çempionatına lisenziya qazanmağımız lazımdır ki, idmançılarımız orada da iştirak eləsin".
Müsahibimizin sözlərinə görə, bu Kalifikasiya turniri Parisdə keçiriləcək. Ayın sonunda, növbəti ayın əvvəlində də İslam Oyunları bizi gözləyir:
"İslam Oyunlarında da İnşallah iştirak edəcəyik və ilin sonunda dünya çempionatı Misirdə keçiriləcək. Dünya Çempionatını da planlaşdırırıq və İnşallah, uğurla çıxış edərik. İlimiz çətindir, amma başlanğıcı pis deyil, yaxşıdır. Altı dənə qızıl qazanmışıq. Heç rəqiblərimizi də zəif saymazdım. 10 dənə ölkə iştirak edib, amma ölkələr sırasında çox güclü idmançılar var idi. İslam Oyunlarının qalibləri, Asiya Oyunlarının qalibləri, Avropa Çempionatının qalibləri var idi. Bizim də yığmamızın əksəriyyəti cavandır. Yəni bizim yığmamız biliyinə görə yenilənib, cavanlaşıb. Yəni əksəriyyəti, cavan idmançılardır. Onlar da öz sözlərini dedilər. İnşallah, gələcək bütün bu mötəbər yarışlarda da təbii ki, çalışacağıq ki, dəstək olaq ki, onlar ümidlərini doğrultsunlar və yüksək nəticələr göstərsinlər. Biz federasiya olaraq rəhbərlik olaraq hər zaman idmançılarla bir yerdəyik. Onlara dəstəy olacayıq və çalışacayıq ilin sonuna kimi bütün üzümüzə gələn yarışlarda yüksək nəticələr olsun, qızıl medallar olsun, vətənimizi və millətimizi sevindirsin".
Zəhra Möhübbətova


