Azərbaycanın qılıncoynadanları finalda
Bölmə: İdman ›
,
Tarix: 10:58 08.10.2025
"Biz qılınçoynatmada ümumi 9 medal qazanmışıq. Bunun 7-si bürünc, 2-si gümüş medaldır. Sevindirici haldır ki, biz gümüş medalları komanda yarışında götürmüşük. Şpaqa-oğlanlar ve sableya-kızlar, yəni təəssüf ki, hər iki final görüşündə biz Rusiya komandasına uduzmuşuq".
Bu sözləri Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat katibi Kənan Hakimov "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, Rusiya komandasının heyətində də Dünya Çempionatının mükafatçıları var idi və onlar buraya kifayət qədər güçlü heyətlə gəliblər:
"Ümumiyyətlə, dünyada qılıncoynatmada, bu sirr deyil ki, Rusiya ən güclü dövlətlərdən sayılır. Fransa və İtalya ilə birgə onların qılıncoynatmada zəngin təcrübələri, qədim ənənələri var. Amma buna baxmayaraq, deyərdim ki, bizim yeniyetmə qılıncoynadanlarımız çox layiqli mübarizə aparıblar. Onlarla sona qədər mübarizə aparıblar, onları çətinlik yaradıblar. Lakin düşünürəm ki, burada əsas məsələ təcrübədir. Təcrübə baxımından onlar bir qədər irəlidədirlər. Bizim bəzi idmançılarımız üçün bu, ilk mötəbər turnir idi və bu baxımdan ola bilər ki, yığma komandanının, milli komandanın bəzi üzvlərində həyəcan hiss olunub. Ancaq ümumi götürsək, həqiqətən çox layiqli mübarizə aparıblar və Rusiya komandasını çıxmaq şərtilə, digər, buraya: Belarusiya, Özbəkistan, Qazaxıstan və s. ölkələrlə mübarizədə qələbələrimiz çox olub. Baxmayaraq ki, Özbəkistan qılıncoynatmada kifayət qədər güclənib, eynilə Qazaxıstanı da misal çəkmək olar. Belarusiyanın isə qılıncoynatmada özünəməxsus komandası var. Bu baxımdan nəticələri, qızıl medal olmasa da, kəmiyyət onu deməyə əsas verir ki, inkişaf var və idmançılar yetəri qədər potensialı var".
Zəhra Möhübbətova


