İsrailin qüvvələri beynəlxalq sularda azadlıq donanmasına hücum edir!

Bölmə: Dünya › ,
Tarix: 15:56 08.10.2025

İsrail donanması beynəlxalq sularda Qəzzaya gedən Azadlıq Koalisiya Donanmasına aid gəmiyə hücum edib. İsrailin donanmada 9 gəmini saxladığı öyrənilib. Gəmidə olan türk fəal Kasım Aktağ da canlı yayımda İsrail qüvvələrinin hücumundan danışıb.


“A Haber”in canlı yayımına qatılan Terror və Təhlükəsizlik Mütəxəssisi İbrahim Keleş İsrailin hücumunu dəyərləndirib. İsrail Hərbi Dəniz Qüvvələrinin ünsürləri Qəzza zolağının qeyri-qanuni blokadasını yarmaq və humanitar yardım çatdırmaq üçün yola çıxan Azadlıq Donanması Koalisiyasına məxsus gəmiləri beynəlxalq sularda qanunsuz olaraq ələ keçirib.

 

A Haber
Çimnaz Telmanqızı