Türk somonunun ixracı ilin 9 ayında 369 milyon dollara yaxınlaşıb
Bölmə: Dünya ›
,
Tarix: 16:02 08.10.2025
Türkiyənin 9 aylıq somon ixracı 368 milyon 929 min 884 dollar olub.
Şərq Qara dəniz İxracatçılar Birliyinin (DKİB) məlumatlarına əsasən, daxili sulardakı təsərrüfatlarda müəyyən çəkiyə çatdıqdan sonra Qara dənizdəki kafeslərə köçürülərək yetişdirilən türk somonu yanvar-sentyabr dövründə 30 ölkəyə satılıb.
Bu müddətdə Türkiyədən 55 min 738 ton somon ixrac edilərək 368 milyon 929 min 884 dollar gəlir əldə edilib.
Ötən ilin yanvar-sentyabr dövründə ölkədən edilən ixracatın dəyəri 320 milyon 997 min 47 dollar olub.
2025-ci ilin yanvar-sentyabr dövründə Rusiyanın, Vyetnamın və Belarusun ən çox ixrac edilən üç ölkə olduğu bildirilib.
Bu dövrdə Türkiyədən Rusiyaya 256 milyon 106 min 465 dollarlıq, Vyetnamə 30 milyon 525 min 889 dollarlıq, Belarusə isə 27 milyon 820 min 882 dollarlıq somon ixrac edilib.
TRT XƏBƏR
Lalə Qurbanlı


