Baloğlan Əşrəfovun doğum günü-xalqın sevimli səsi xatırlanır
Bölmə: Mədəniyyət ›
,
Tarix: 17:02 08.10.2025
"İnformator.az" xəbər verir ki, bu gün Azərbaycan estradasının sevilən ifaçısı, Azərbaycanın Əməkdar artisti Baloğlan Əşrəfovun doğum günüdür.
1949-cu il 8 oktyabr Cəlilabad rayonunun Mahmudavar kəndində dünyaya gələn sənətkar musiqi sevgisini erkən yaşlarından nümayiş etdirir. Özünəməxsus səsi, səmimi ifası və xalq ruhuna yaxın tərzi ilə o, qısa zamanda geniş dinləyici auditoriyasının rəğbətini qazanır.
Baloğlan Əşrəfov “Çağır gəlim ”, “Sənə qurban”, “Ay uçan quşlar”, “Sənsiz”, “Gəl barışaq” kimi mahnılarla Azərbaycan musiqisində öz imzasını qoyur. Onun səsi illər keçsə də, xalqın yaddaşından silinmir.
Sənətə və xalqa göstərdiyi xidmətlərə görə o, Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülür. Bu gün doğum günü münasibətilə sənətsevərlər, həmkarları və tamaşaçılar onu sevgi və ehtiramla xatırlayır. Onun səsi və mahnıları Azərbaycan musiqi tarixində əbədi yer tutur.
Ədilə Hüseynzadə


