Gümüşün qiymətində yeni rekord -1993-cü ildən bəri ən yüksək səviyyə

Bölmə: İqtisadiyyat › ,
Tarix: 17:02 09.10.2025

Qlobal bazarlarda gümüşün qiyməti son rallinin təsiri ilə kəskin artaraq yeni rekorda çatıb.

 

"İnformator.az" xəbər verir ki, spot bazarında gümüşün bir unsiyası 2%-ə yaxın yüksələrək 49,82 dollara qalxıb. Bununla da 2011-ci ildə qeydə alınmış əvvəlki zirvəni yeniləyib. 1993-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib.

 

Bu il gümüşün qiyməti 70%dən çox artıb.və rekorda imza atan qızılı geridə qoyub. Analitiklər artımı ABŞ-da maliyyə risklərinin artması, həddindən artıq istiləşən səhm bazarı və Federal Ehtiyat Sisteminin müstəqilliyinə dair narahatlıqlar fonunda təhlükəsiz aktivlərə olan tələbin yüksəlməsi ilə əlaqələndirirlər.


Eyni zamanda, London bazarında sərbəst şəkildə əldə edilə bilən gümüş təklifinin azalması qiymət artımını dəstəkləyir və metalın borclanma dəyərini kəskin şəkildə artırır.