Azərbaycan Basketbol Liqası: "Abşeron Lions" "Gəncə"ni məğlub edib
Bölmə: İdman ›
,
Tarix: 21:45 10.10.2025
Azərbaycan Basketbol Liqasının II turunda "Abşeron Lions" "Gəncə" ilə qarşılaşıb.
"İnformator.az" xəbər verir ki, Bakı İdman Sarayında keçirilən qarşılaşma birincilərin 96:94 hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Neftçi" "Şəki"yə (92:68), "Ordu" isə "Quba"ya (96:68) qalib gəlib. Tura oktyabrın 12-də yekun vurulacaq.


