40 yaşlı şəxsi xalası oğlu bıçaqlayıb
Bölmə: Hadisə ›
,
Tarix: 23:12 10.10.2025
Gəncədə 40 yaşlı kişi bıçaqlanıb.
"İnformator.az"ın "Report"a istinadən məlumatına görə, 1985-ci il təvəllüdlü S.Bağırov mübahisə zəminində kürək nahiyəsindən bıçaq xəsarəti alıb.
O, xəstəxanaya yerləşdirilib.
Hadisəni törətməkdə onun xalası oğlu şübhəli bilinir.
Cinayətin başvermə səbəbi hələ məlum deyil.
Faktla bağlı araşdırma aparılır.


