ABŞ-də silah zavodunda partlayış-ölənlər var
Bölmə: Hadisə ›
,
Tarix: 23:16 10.10.2025
ABŞ-nin Tennensi ştatının Makeven şəhərində hərbi partlayıcı istehsalı ilə məşğul olan “Accurate Energetic Systems” müəssisəsində baş verən partlayışda bir neçə şəxs həyatını itirib, bəziləri itkin düşüb.
"İnformator.az" xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Partlayışın səbəbi məlum deyil. Hadisə yerində axtarış-xilasetmə tədbirləri görülür.


