Həmas niyə girovları azad etməklə risk edib?
Bölmə: Dünya ›
,
Tarix: 00:00 11.10.2025
Həmas Donald Trampı irqçi, “xaosun resepti” və Qəzzaya absurd baxışı olan şəxs adlandırıb. Lakin fələstinli iki rəsmiyə görə, keçən ay baş tutan fövqəladə telefon zəngi qrupun fikrini dəyişib.
Onların sözlərinə əsasən, Trampın Qətərə endirilən zərbələrə şəxsən nəzarət etməsi və hədəfdə olan Həmas nümayəndələrini, o cümlədən Xəlil əl-Hayyanı aradan qaldıra bilməməsi, onun Netanyahuya qarşı durmaq gücünə sahib olduğunu göstərib.
Trampın vasitəçiliyi ilə atəşkəs imzalandıqdan sonra Həmas onun Qəzzada sülhə nail ola biləcəyinə daha çox inanıb. Razılaşmaya əsasən, qrup İsrailin tam geri çəkilməsinə dair təminat almadan girovları təhvil verməyə razılaşıb. Fələstin rəsmiləri bu qərarın ciddi risk daşıdığını etiraf edir, lakin Trampın prosesi yarımçıq qoymayacağına inanırlar. Həmas rəhbərliyi ehtiyat edir ki, girovların azad edilməsindən sonra İsrail hərbi əməliyyatlara yenidən başlaya bilər. Buna baxmayaraq, Şarm əl-Şeyxdə keçirilən dolayı danışıqlarda Trampın yaxın çevrəsinin və regional təsirli şəxslərin iştirakı qrupda müəyyən inam yaradıb. Rəsmilərin sözlərinə görə, Trampın konfransdakı fəallığı və Jared Kuşnerlə Stiv Vitkoffun vasitəçiliyi ilə aparılan marafon danışıqları bu inamı daha da gücləndirib.
Mənbə: Reuters
Qəmər Kazımzadə


