BQXK-nin karvanı İsrail girovlarının köçürülmə sahəsinə hərəkət edir
Bölmə: Dünya ›
,
Tarix: 09:26 13.10.2025
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) karvanı atəşkəs razılaşması çərçivəsində HƏMAS-ın azad edəcəyi israilli girovların təhvil verildiyi yerə hərəkət edib.
"İnformator.az" xəbər verir ki, bu barədə Fələstinin radikal hərəkatının nəzarətində olan "Al-Aqsa" telekanalı xəbər verib.
Bundan əvvəl İsrail hökumətinin nümayəndəsi Şoş Bedrosyan brifinq zamanı bildirib ki, Qəzza razılaşması çərçivəsində girovların azad edilməsi oktyabrın 13-də səhər tezdən başlayacaq.


