İctimai nəqliyyatda mədəniyyət problemi
Bölmə: Sosial ›
, Maraqlı ›
,
Tarix: 23:41 28.10.2025
İctimai nəqliyyat hər gün minlərlə insanın bir-biri ilə qarşılaşdığı bir sahədir. Lakin çox vaxt avtobus, metro və ya taksidə insanların bir-birinə qarşı davranışı, səs-küy və qayda pozuntuları cəmiyyətimizdə mədəniyyət məsələsini gündəmə gətirir.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, ictimai nəqliyyatda mədəniyyət problemindən danışsaq, mədəniyyət böyük bir anlamdır deyə o vurğulayıb:
"Mədəniyyətlə bağlı onu demək olar ki, nəinki ictimai nəqliyyatda həmçinin yol hərəkatı təhlükəsizliyinin xidmətində, yol hərəkətinin təşviqində bu və digər formada mütləq qaydada yok hərəkatının təhlükəsizliyində birinci növbədə mədəniyyət amili öndə olmalıdır. İstər ictimai nəqliyyatda qadınlara yol vermək, yaşlı qadınların təşviq aparılması. Ümumiyyətlə dünyanın heç bir ölkəsində Azərbaycanda olan mədəniyyət qaydaları tətbiq olunmayıb. Yazılmamış qanunlar üzərində mədəni qaydalar təsbid olunmayıb. Çünki mədəniyyət dedikdə ayaqüstü mədəniyyət, getmə mədəniyyəti, görmə mədəniyyəti, sonra mədəniyyətin digər təzahürlərini görə bilərik. Məsələn: Az öncə də qeyd etdiyimiz kimi dünyanın heç bir yerində yazılmamış qanunda yaşlı qadına yol vermək yoxdur, qız və xanıma yol vermək yoxdur. Bunlar öz-özlüyündə nəqliyyatın hərəkətinin təhlükəsizliyinin bir qaranti yoludur və bu təhlükəsizlik qaydalarına ən böyük töhvədir, ən böyük təsbid edilən uğurdur. Buna görə də bu və digər formada hamısı işlənib hazırlanmalıdır, bu qaydalar təsdiq olunmalıdır".
Gövhər Mehyəddinova


