Bu gün 2x2 verilişinin qonağı qida mühəndisi İsa Əliyev olub

Bölmə: Maraqlı › ,
Tarix: 00:11 29.10.2025

Bu gün 2x2 verilişinin qonağı olaraq qida mühəndisi İsa Əliyev Genetik Dəyişdirilmiş Orqanizmlər (GDO) mövzusunda məlumat verib. Veriliş zamanı İsa Əliyev həm GDO-nun müsbət, həm də mənfi tərəflərini izah edərək, mövzuya dair geniş məlumat təqdim edib.

 

Qonaq həmçinin verilişdə mövzu ətrafında auditoriya ilə müzakirələr aparıb, mövzunun aktuallığı və cəmiyyət üçün əhəmiyyəti barədə danışıb.

 

Sual-cavab və müzakirələrdə aktiv iştirak edən gənclər xüsusi hədiyyələrlə mükafatlandırılıb.

 

Qeyd edək ki, verilişdə Genetik Dəyişdirilmiş Orqanizmlərin təhlükəsizlik, qida keyfiyyəti və elmi tədqiqatlar sahəsindəki rolu geniş şəkildə işıqlandırılıb və gənclərin bu mövzuya marağı yüksək olub.

 

Həmçinin izləyicilər bu həftənin şənbə günü saat 14:30-da 2x2 verilişində həm bu müzakirəni, həm də GDO mövzusunu izləyə biləcəklər.

 

Ədilə Hüseynzadə