Minimalizm və həyatın keyfiyyəti

Bölmə: Maraqlı › ,
Tarix: 22:25 29.10.2025

Müasir həyatın sürətli tempi, istehlak mədəniyyəti və davamlı stres insanları fərqli həyat prinsipləri axtarmağa vadar edir. Minimalizm-“daha az mal, daha çox məmnunluq” prinsipi-sadəcə əşyaların sayını azaltmaq deyil, eyni zamanda daxili harmoniya, diqqət və xoşbəxtlik əldə etmək yoludur. 

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında psixoloq Əfsanə Rüstəmova bildirib ki, bu nə qədər qəribə və təəccüblü görünsə də, bütün anlayışlar individualdır:

 

“Elə bir anlayış yoxdur ki, o hamı üçün eyni anlama gəlsin. Bu sadəcə olaraq qaba konturları bir-birinə bənzəyən anlayışlarla yarana bilər. Yəni əsla sizin ağlınızdan keçən minimalizm anlayışıyla mənim ağlımdan keçən minimalizm anlayışı eyni ola bilməz və olmamalıdır da. Məsələnin birinci tərəfi budur ki, bütün anlayışlar individualdır. Ona görə də biz həyatımıza bu yeni kəşf etdiyimiz tapıntı, trend və ya başqalarından eşitdiyimiz şəklin eynisini tətbiq eləyəndə çətinlik çəkirik. Misal üçün, biri bizə deyir ki, minimalizm bərabərdir, əşyaları azaltmaq. O şəxs bunu deyəndə nə başa düşürük? Anlamadan tətbiq ediriksə, biz bir müddət sonra deyirik ki, minimalizm kasıblıq və xəsislikdir. Minimalist insanlar ümumiyyətlə keyfiyyətli həyat yaşamırlar. Çünki onların əlinin altında olan vəsaitlər və ya vəsaitlərə çıxışlar məhduddur. Mən istərdim mövzunu daha çox belə ələ alaq ki, insanın özünü tanıması deyə bir an və insanın özünü tanıması, anlayışı, digər bütün anlayışları həyatımıza necə tətbiq etməyi bizə öyrədə bilər. Məsələn, sulu yeməyi qaşıqla yeyirik, quru yeməyi çəngəllə yeyirik. Eləcə də bu anlayışı həyatımıza o halda tətbiq edə bilərik ki, biz özümüzü tanıyırıq. İstər minimalizmi, istər özünü sevməyi, istər köklərinin yüklərindən qurtulmağı, istər valideynləri ürəyində bağışlamaq və sair. Yəni fəlsəfələrin, psixologiyanın, sosial medianın bizə satmağa çalışdığı bu anlayışları biz yalnız o halda təyinatı üzrə ala bilərik və istifadə edə bilirik ki, və ya anlaya bilirik ki, biz özümüzü tanıyırıq. Yəni kimsə bizə danışanda ki, minimalizm deyə bir fəlsəfə var və bu fəlsəfəyə inanan insanlar az əşya istifadə edir, həyatlarındakı materialist şeyləri azaldır və fikrini daha çox mənəvi fokuslu, zövq almağa yönəldir. Demək istədiyim şey odur ki, minimalizm az əşya istifadə etmək deyil. Odur ki, sən təyinatı üzrə əşyaları doğru bölə biləsən, sənin zövqünü təyin edən, təmin edən ya da zövqünü tətmin edən hər nədisə, o söz buna uyğun sayda olmalıdır. Halbuki minimalizm üçün bu çox görünə bilərdi. Bu mütləqdir ki, bu anlayışları öz resurslarına uyğunlaşdırsınlar. Bu anlayışı öz resursuna uyğunlaşdıra bilməyən adamlar nə o fəlsəfənin nə demək istədiyini başa düşür, nə də o, fəlsəfədən almalı olduqlarını ala bilir. Yəni bir əşya ki, sənin həyatından çıxandan sonra onun yerini, çıxarmağın mahiyyəti nə idi? Tutaq ki, mənəvi zənginləşmək materialist olmamaq. Bu alınmayacaqsa, təkbaşına əşyanı çıxartmaq səni bəlkə də daha stressli və daha sıxıntılı birinə çevirə bilər. Ona görə budur ki, az əşya, az mal varlığı daha mənəvi, zəngin həyat, daha az stress. Əşyanın az olmağı ekstra stress gətirə bilər. Yəni sənin bunları tətbiq eləməyin üçün öncə beyninin içini təmizləmək lazımdır. Onsuzda bir adamın beyninin içindəki mentalı ora gələndən sonra istər bu fəlsəfənin adını bilsin, istərsə də bilməsin onsuzda həyat tərzi bu dediyiniz minimalizmə, bu dediyiniz optimallaşdırmağa keçəcək. Yəni buradakı ən yüksək vurğunu ona qoymaq istəyirəm ki, sizin daxili sisteminiz, daxili dəyərləriniz, daxili hissiyyatınız bunu dəstəkləmir və siz bunu zorakı və ya yamsılayaraq edirsinizsə, bu, sizdə effekt verməyəcək, əksinə stressinizi artıracaq. Yox, sizin daxili potensialınız daxili sakitliyiniz, daxili resurslarınız imkan verən şeyləri edirsinizsə, imkan verən qədər minimallaşırsınızsa, bu zaman bəlkə də çoxaltmaq lazımdır. Yəni o şəxsin daxili parametrlərindən asılıdır. Siz heç minimalizmin nə olduğunu bilmədən öz duyumunuz bu qədər yüksəkdirsə, sizin həyat keyfiyyətiniz də yaxşılaşacaq, sizin özünüz də yaxşı hiss edəcəksiniz və dünyada heç bir fəlsəfədən xəbəriniz olmasa belə, siz xoşbəxt olacaqsınız, amma daxili parametrləriniz buna imkan vermir. Amma siz hər hansı bir yamsılama və s yə görə bu fəlsəfələri götürüb tətbiq edirsinizsə, bu halda qeyd olunan effektdə sizin çatmağınız real deyil. Yəni biz bu fəlsəfəni niyə götürüb tətbiq edirik? Tutaq ki, bir az hüzur tapmaq, mənəvi sakitlik tapmaq bir az trestdən azad olaq. Bir az həyatımız yaxşılaşsın, bir az maddi olaraq gəlirimiz artsın və s. Əgər ruhunuz içiniz, hissiniz, daxiliniz, yəni kənarda olan şeylər yox, sizdə olan şeylər sizi bura gətirməyibsə, siz bunu tətbiq eləsəniz də bu fəlsəfənin gözlədiyi və vəd etdiyi şeyləri ala bilməyəcəksiniz. Siz onda o içinizdən gələn səsi dinləyib, heç ümumiyyətlə başa düşməsəniz ki, minimalizm nədir, başa düşməsəniz fəlsəfə nədir? Bu şeylərdən xəbəriniz olmasa belə effekt alacaqsınız. Deməli, burada əsas mahiyyət nə oldu? Əsas mahiyyət o oldu ki, biz minimalizmi düz bildik və düz tətbiq etdik. Burada əsas mahiyyət o oldu ki, biz öz resurslarımızın gətirdiyi fəlsəfəni tapa bildik. Bizim resursumuzun gətirmədiyi, bizim resursumuza uyğun olmayan fəlsəfənin tətbiq eləmək bizim heç bir halda işimizə yaramaz. Onun resursunun yaxşısını tətbiq etmək lazımdır. Sizin resursunuz üçün yaxşını yox, eləcə də biz həyatımıza hansısa fəlsəfəni götürüb tətbiq edəndə və onun vəd etdiklərini həyatımızdan almaq istəyəndə biz orda kiminsə şəxsi mövqeyini dinləyirik. Çünki bu fəlsəfə də kiminsə şəxsi mövqeyidir və sonra bəzi adamlar birləşib deyib ki, bu mənə də uyğundur və belə bir axın belə bir qrup cəmiyyət, icma və s yaranıb. Yəni onların resursu bizdə yoxdursa, biz bunu tətbiq edib, nəticə ala bilməyəndə daha avam, daha bədbəxt, daha stresli olacağıq ki, bax bunun həlli yolu var idi, götürdüm tətbiq eləyə bilmədim. Deməli, mən çox uğursuzam. Halbuki məsələ odur ki, siz onu öz resurslarınıza uyğun tətbiq etmədiniz. İstənilən fəlsəfə sizin içinizdən doğan inancın sizi istiqamətləndirməsindən daha effektiv ola bilməz. Ona görə həyatımızda nəyisə yaxşılaşdırmaq istəyiriksə, o ki, mən oxumağa, mütaliə eləməyə və sairə qarşı deyiləm, bu, bizim vizionumuzu genişləndirə bilər. Amma çölünü oxuyub yekunlaşdırandan sonra gün sonunda bir içərini də oxumaq lazımdır ki, mən bu qədər şey oxuyandan sonra mənim içimdəki bu hisslər mənə nə edib, nəyi etməməyə istiqamətləndirir. Həyat gətirəcəyi yaxşıdan daha yaxşı ola bilər. Çünki mənim içimdən gələn hiss mənim bütün resurslarımı və keçmiş təcrübəmi bildiyi üçün ən effektivi mənə tətbiq edir, təklif edir, tətbiq etmək üçün alan açır”.

 

Banuçiçək Məmmədova