Gələcəyin şəhərləri: Alternativ yaşayış modelləri və smart city

Bölmə: Maraqlı › ,
Tarix: 22:32 29.10.2025

Urbanizasiyanın sürətli inkişafı, ətraf mühit problemləri və enerji resurslarının tükənməsi şəhərlərdə yaşama tərzini yenidən düşünməyə məcbur edir. Alternativ şəhərlər və smart city layihələri həm ekoloji, həm texnoloji, həm də sosial baxımdan yeni perspektivlər təqdim edir. Bu müsahibədə biz gələcəyin yaşayış modellərini, dayanıqlı şəhər dizaynını və insanların bu dəyişikliklərə adaptasiyasını müzakirə edəcəyik.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında əmlak ekspert mərkəzinin qanuni təmsilçisi Ramil Osmanlı bildirib ki, alternativ şəhərlər, smart city layihələri və bunların həyata keçirilməsi, yenidən qurulması istiqamətində biz son illərdə çox eşidirik. 

 

“Xüsusilə işğaldan azad olunan ərazilərdə bu cür layihələrin-pilot layihələrin tətbiqi və sair məsələlər, eyni zamanda, təbii ki, mövcud şəhərlərimizdə, xüsusən böyük şəhərlərdə-Bakıda bu istiqamətdə addımların atılması məsələsi aktualdır, müzakirə obyektidir. Burada təbii ki, bir neçə əsas vacib komponentlər var ki, həmin komponentlərə ciddi şəkildə əməl olunmalıdır. Deməli, xüsusilə nəqliyyat sahəsində mobilliyin tətbiq olunması, ictimai nəqliyyatın daha səmərəli və sistemli axınının təmin olunması, ekoloji və enerji səmərəliliyi, yaşayış sahələrinin müasir standartlara və infrastrukturun uyğunlaşdırılması, eyni zamanda ağıllı şəhərin idarə edilməsi və ictimai xidmətlərin tətbiqi sosial, iqtisadi və s istiqamətlərdə atılacaq addımlar və s. Burada təbii ki, bilirsiniz ki, nəqliyyat sahəsində Bakı şəhərində bir sıra addımlar atılır. Ağıllı nəqliyyat sistemləri, xüsusi ictimai nəqliyyatda nəqliyyat sistemlərinin tətbiqi, xüsusilə avtobusların və s metro stansiyalarının müasir standartlara uyğunlaşdırılması, velosiped və piyada infrastrukturunun yaradılması və s. istiqamətində addımlar var. Amma düzdür, qənaətbəxş deyil. Amma bu istiqamətdə addımlar atılır. Məsələn, Azərbaycan ölkəmizdə bərpa olunan enerji mənbələrinin inkişafı istiqamətində xeyli irəliləyişlər var. Bunun yəqin ki, növbəti mərhələdə paytaxtın smart sistemlərlə işıqlandırılması, eyni zamanda böyük şəhərlərin işıqlandırılması, sensorlu lampalar-küçə lampalarının tətbiq olunması gələcəkdə enerji israfının azaldılması baxımından da vacibdir. Eyni zamanda, təbii ki, bilirsiz, yaşayış binalarının enerji pasportlaşdırılması haqqında da qərarlar qəbul olunub. Bu da bir tərəfdən enerji sərfiyyatına qənaət edilməsi, digər tərəfdən isə ekoloji vəziyyətin yaxşılaşdırılması, mərkəzi istilik sistemlərinin dünya standartları səviyyəsinə gətirilməsi və sayının artırılması, fərdi isitmə sistemlərindən imtina edilməsi və bunun ekologiyaya ciddi şəkildə zərər vurmasının qarşısının alınması, hava keyfiyyəti və sair məsələlər, tullantıların idarə olunması, zibil qutularının yerləşdirilməsi və sair məsələlərlə bağlı ciddi dəyişiklikləri özündə ehtiva edir. Burada təbii ki, yaşayış və infrastrukturun bu istiqamətə uyğunlaşdırılması da vacib məsələlərdir. Yəni qeyd etdiyimiz istilik, su, enerji və sair sərfiyyatın avtomatik tənzimlənməsi baxımından bütün bunlar üçün idarəetmə tətbiq olunmalıdır”.

 

Banuçiçək Məmmədova