BDU-nun Jurnalistika fakültəsi tələbələri universitetdə bir "ilk" ə addım atıb!
Bölmə: Maraqlı ›
,
Tarix: 00:09 01.11.2025
31 oktyabr BDU-nun tədris ingilis dilində olan Jurnalistika ixtisasında təhsil alan birinci kurs tələbələri maraqlı bir yenilik edib. Onlar dünyanın bir çox ölkəsində qeyd olunan "Halloween" bayramını simvolik olaraq qeyd etmək üçün fərqli obrazlara bürünüb və nəticədə universitet dəhlizlərində gözümüzün heç alışıq olmadığı amma bir o qədər diqqət cəlb edən görüntü yaranıb.
Mövzu haqqında tələbələrdən Piranə Xasıyeva "İnformator.az"a açıqlamasında bildirib ki, o ümumiyyətlə ilk dəfə idi ki, bu bayramı qeyd edib:
" Qrup yoldaşlarımın bu qədər həvəsli olması mənim də bu tədbirə həvəslə yanaşıb hazırlaşmağıma səbəb olub. Bu gün hər kəs bizə çox təəccüblə baxıb və bu vəziyyətin onlara da xoş və maraqlı gəldiyini görürdüm. Bu gün mənə çox xoş təsir bağışlayıb.Bu tədbiri dəyərli qrup yoldaşlarım ilə qeyd etmək daha gözəl idi".
Həmçinin,tələbələrdən Əlizadə Aişə əlavə edib ki, bu gün BDU-da təşkil etdikləri "Halloween" bayramı həqiqətən maraqlı olub:
"Əvvəlcə fikirləşdik ki, qrupdan az adam olacaq,lakin sonradan hər kəs qoşular. Bütün universitet bizə baxır, düzdür, qəribə qarşılayanlar da var idi, lakin əsas odur ki, biz özümüz əylənərək vaxt keçirdik".
Son olaraq tələbələrdən Fatimə Salmanlı:
"Həqiqətən, maraqlı gün idi. Hətta dərslərimiz bitdikdən sonra qrup yoldaşlarımızla şəhərə çıxıb birlikdə vaxt keçirə bildik."- deyə yekun sualları cavablandırıb.
Mələk Nəsirli, Nazim Xeyrxəbərli


