İsmayıllıda ağır qəza-ölən var

Bölmə: Hadisə › ,
Tarix: 12:32 02.11.2025

İsmayıllıda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən var.

 

“İnformator.az” “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Buynuz kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, Vüsal Rubilzadənin idarə etdiyi KIA və Zeynəddin Əliyevin idarə etdiyi VAZ-2106 markalı avtomobillər toqquşub. Nəticədə, VAZ-da olan sərnişin, 74 yaşlı Gülyaz Əliyeva aldığı xəsarətlərdən xəstəxanada ölüb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.