Sumqayıtda avtomobil kanala düşüb, xəsarət alanlar var

Bölmə: Hadisə › ,
Tarix: 13:16 02.11.2025

Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.

 

“İnformator.az”ın yerli bürosu xəbər verir ki, “Toyota Camry” markalı minik avtomobili idarəetmədən çıxaraq Samur-Abşeron kanalının Sumqayıtdan keçən hissəsinə düşüb.

 

Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir. Yaralılar dərhal Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

 

Faktla bağlı araşdırma aparılır.