“Ödənişli yollar gəlir bərabərsizliyini artıra bilər”
Bölmə: İqtisadiyyat ›
,
Tarix: 19:56 02.11.2025
Ödənişli yollar nəqliyyat infrastrukturunu yaxşılaşdırmaq və tıxacları azaltmaq məqsədilə tətbiq olunur. Bu sistem vasitəsilə sürücülər rahat və keyfiyyətli yollardan istifadə edə bilir, toplanan vəsait isə yolların saxlanmasına yönəldilir. Lakin bu, bəzi sürücülər üçün əlavə xərc yarada bilər.
Mövzu ilə bağlı ReAl partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, ödənişli yollar şəhərlərarası yollardır:
“Bu dünyanın hər yerində belə qəbul olunub. Şəhər içində ödənişli yollar olmur. Şəhərlərarası yollar ölkəmizdə də var. Məsələn, Bakı-Quba yolu var. Bu yollar kifayət qədər rahat və populyardır. İnsanlar Quba-Qusar istiqamətinə həmin yollardan istifadə edərək gedirlər. Amma bununla bağlı məlumatlarda belədir ki, Bakı şəhərinin içərisində ödənişli yollar olacaq. Şəhər içində ödənişli yolların olması, əslində gəlir bərabərsizliyinə də gətirib çıxara bilər. Bu doğru yanaşma deyil. Şəhərlərarası magistral yolların tanınan istiqamətlərdə pullu olması mümkündür. Oradan gələn gəlirlə yol infrastrukturunun saxlanılmasına və xərclənilməsi normaldır. Amma şəhər içində belə yolların olması doğru deyil”.
Nuray Əliyeva


