BDU və Əl-Fərabi Universiteti rektorları əməkdaşlıq məsələlərini müzakirə ediblər

Bölmə: Mədəniyyət › ,
Tarix: 23:38 02.11.2025

BDU-nun rektoru Əl-Fərabi adına Qazax Milli Universitetinin rektoru ilə görüşüb

 

"İnformator.az" xəbər verir ki, Astanada keçirilən “Qazaxıstan – akademik bilik məkanı” Strateji Tərəfdaşlar Forumu çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev və Əl-Fərabi adına Qazax Milli Universitetinin rektoru Janseit Tüimebaev arasında görüş keçirilib.

 

Söhbət zamanı tərəflər Azərbaycan və Qazaxıstan ali təhsil müəssisələri arasında elmi-tədqiqat və innovasiya əlaqələrinin gücləndirilməsi, qarşılıqlı akademik mübadilənin genişləndirilməsi, birgə magistr və doktorantura proqramlarının inkişafı kimi prioritet istiqamətlər ətrafında fikir mübadiləsi aparıblar.