Azərbaycan–Qırğız İnkişaf Fondu investisiya layihələrinə 14 milyon dollardan çox maliyyə ayırıb

Bölmə: İqtisadiyyat › ,
Tarix: 14:18 03.11.2025

Azərbaycan–Qırğız İnkişaf Fondunun fəaliyyəti çərçivəsində ikitərəfli iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi və yeni layihələrin reallaşdırılması istiqamətində işlər müzakirə edilib.

 

"İnformator.az" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr iqtisadiyyat nazirinin birinci müavini, Azərbaycan-Qırğız İnkişaf Fondu Şurasının sədri Elnur Əliyevin Qırğızıstana səfəri çərçivəsində Azərbaycan-Qırğız İnkişaf Fondu Şurasının 6-cı iclasında bildirilib.

 

E. Əliyevin sədrliyi ilə keçirilən iclasda bildirilib ki, dövlətlərin başçıları tərəfindən iqtisadi sahədə əməkdaşlığın gücləndirilməsi üçün qarşıya qoyulan vəzifələrin icrası uğurla davam etdirilir.

 

Azərbaycan–Qırğız İnkişaf Fondu iki ölkə arasında dostluq və iqtisadi tərəfdaşlığın inkişafında mühüm alət kimi çıxış edir. Fondun fəaliyyəti çərçivəsində həyata keçirilən layihələr ikitərəfli iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.