Göygöldə iki nəfərin öldüyü qəza

Bölmə: Hadisə › ,
Tarix: 22:16 03.11.2025

Göygöl rayonunda iki nəfərin öldüyü, daha iki nəfərin isə yaralandığı qəzanın anbaan görüntüəri yayılıb.

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, sərnişinlərdən birinin sürücüdən avtomobili yavaş sürməsi istənilir. Lakin sürücü buna məhəl qoymur. Nəticədə "Mersedes" markalı avtomobil yol kənarındakı dəmir maneəyə çırpılır.

 

Qəza zamanı sürücü Elvin Məmmədov (1998), sərnişin Vüqar Alıyev (2009) hadisə yerində ölüblər. Digər sərnişinlər Sənan Əsgərov (2008) və Tunar Süleymanov (2009) ağır vəziyyətdə Gəncədəki, xəstəxanalardan birinə çatdırılıb.